Almaniya kansleri Angela Merkel ölkədə qüvvədə olan karantin müddətini aprelin 18-nə qədər uzatmağı təklif edib.

Unikal.org xəbər verir ki, belə təklif federal əyalətlər arasında yüksək səviyyədə məsləhətləşmələr üçün kanslerin dəftərxanası tərəfindən tərtib edilmiş qətnamə layihəsindən irəli gəlir.

Bu gün kansler və federal əyalətlərin hökumət başçıları koronavirus pandemiyasına qarşı mübarizəyə həsr edilmiş müşavirə keçirəcək.

Qeyd edək ki, federal əyalətlərin baş nazirləri tərəfindən birgə tərtib olunmuş qətnamə layihəsi elan edilib.