ABŞ prezidenti Co Baydenin yıxılması ölkədə baş verəcək dəyişikliklər üçün bir siqnaldır.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  bu barədə Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski deyib.

“Bayden təyyarənin trapına çıxarkən bir neçə dəfə büdrədi. Düzdür, hamı yıxıla, büdrəyə bilər, amma o, 3 dəfə dalbadal yıxıldı. Bəlkə bu elə siqnaldır. Bəlkə də, simvoldur. 1980-ci illərdə yazıçı Yuri Bondarev yenidənqurmanı enəcəyi yer məlum olmayan bir təyyarəyə bənzətmişdi. Ola bilsin ki, bu ədalət ABŞ-a qarşı da olsun. “Amerika” adlı təyyarə uçur, yerə enəcəkmi?”, - deyə, o, qeyd edib.