Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putin və Kasım-Jomart Tokayev koronavirus pandemiyası ilə mübarizədə səylərin gücləndirilməsini müzakirə ediblər.

Unikal.org xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

“Xüsusi diqqət Qazaxıstanda Rusiya istehsalı olan “Sputnik V” peyvəndinin istifadəsi də daxil olmaqla, koronavirus pandemiyasına qarşı mübarizə səylərinin artırılmasına yetirildi”, - deyə Kremlin saytında bildirilir.

Tərəflər Avrasiyada inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərinə də toxunublar.