Gürcüstanın paytaxtı Tbilisidə "Böyük Dəbilqə” turniri start götürüb. 

Unikal.org xəbər verir ki, yarışa 11 cüdoçu ilə yollanan Azərbaycan yığmasının heyətində bu gün 7 idmançı  - Kəramət Hüseynov, Oruc Vəlizadə, Yaşar Nəcəfov, Leyla Əliyeva, Aişə Qurbanlı, Gültac Məmmədəliyeva və Şəfəq Məmmədova mübarizəyə qoşulub. Onlardan yalnız biri mükafat qazanmağı bacarıb. 

Qadınlar

48 kq

Bu çəkidə iki idmançımız 1/16 final mərhələsindən mübarizəyə qoşulub. Aişə Qurbanlı ilk görüşündə sloveniyalı Marusa Stanqara uduzub.  Leyla Əliyeva isə türkiyəli Gülkader Şentürkə qalib gəlsə də, növbəti cəhdində uğursuzluğa düçar olub.

52 kq

Gültac Məmmədəliyeva 1/16 finalda  Anjelika Delqado (ABŞ), Şəfəq Məmmədova Yasmin Cavadyan (Böyük Britaniya) ilə bacarmayıb.

Kişilər

60 kq

Mübarizəyə 1/16 finaldan qatılan Oruc Vəlizadə Oleq Veredıbaya (Ukrayna) uduzub. Kəramət Hüseynov isə ilk iki görüşündə Rodriqo Lopes (Portuqaliya) və Ramazan Abdullayevi (Rusiya) üstələsə də, Niderland təmsilsi ilə sınaqdan məğlub ayrılıb. Bununla belə, Kəramət medal qazanmaq şansını saxlayıb. O, ilk təsəlliverici görüşdə Monqolustan idmançısına qalib gəlib. Bürünc medal uğrunda görüşdə isə Rusiya idmançısı zədəli olduğu üçün tatamiyə çıxmayıb. Bu səbəbdən Kəramət yarışı bürünc medalla başa vurub. 

66 kq

Bu çəkidəki təmsilçimiz Yaşar Nəcəfov mübarizəni ilk cəhdindəcə dayandırıb. O, kubalı Orlando Polankoya uduzub.