ABŞ-ın Oklahoma ştatında ölümlə nəticələnən hadisə qeydə alınıb.
Unikal.org xəbər verir ki, həbsxanaların birində məhbusla gözətçi arasında mübahisə yaranıb. Bu zaman məhbus gözətçini silahla girov götürüb. Hadisə yerinə onlarla polis cəlb olunub. Danışıqlara baxmayaraq, məhbus gözətçini öldürəcəyini bildirib. Saatlarla girovda olan gözətçi, polisin məhbusa silah açmasından sonra azad olunub.
Hadisə nəticəsində məhbus həyatını itirib. Digər məhbuslar polisin bu hərəkətinə etiraz ediblər. Çaxnaşma qısa zamanda yatırılıb.