Venesuela prezidenti Nikolas Maduro koronavirusa qarşı vaksinlərlə bağlı maraqlı təkliflə çıxış edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Maduro vaksin istehsal edən ölkələrə pul əvəzinə neftlə mübadilə təklif edib.

Bu barədə "Twitter" səhifəsində paylaşım edən prezident "Xalqın sağlamlığını qorumaq üçün Venesuelanın kifayət qədər resurs və ehtiyatları mövcuddur", - deyə qeyd edib.