ABŞ-ın paytaxtı Vaşinqtonda taksi sürücüsü müştərilər tərəfindən öldürülüb.
Unikal.org xəbər verir ki, pakistanlı Məhəmməd Ənvəri taksiyə iki qadın mindirib. Ərazidən uzaqlaşdıqdan sonra qadınlardan biri silahla sürücüyə hədə-qorxu gələrək maşını tərk etməyi əmr edib. Bu zaman sürücü ilə qadınlar arasında mübahisə yaranıb. Silahlı qadın pakistanlını başından vuraraq qətlə yetirib. Maşın işıq dirəyinə çırpılıb. Qadınlar hadisə yerini tərk ediblər.
Vaşinqton polisi qadınların izinə düşüb. Onlar qısa zamanda saxlanılıb. Cinayəti etiraf edən qadınlar sürücüdən pul ala bilməyincə öldürdüklərini bildiriblər.