Heydər Əliyev prospektində baş verən avtoqəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Unikal.org xəbər verir ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, qəza nəticəsində xəsarət alan şəxslər 3 saylı Şəhər Xəstəxanasına çatdırılıblar.
Xəsarət alanlardan 2-si kişi, 1-i qadındır. İki nəfərin vəziyyəti orta ağırdır. Bir nəfər isə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.
Qeyd edək ki, qəza səbəbindən Heydər Əliyev prospektində, “Koroğlu” metrostansiyası istiqamətində əsas yolda hərəkət məhdudlaşdırılıb.