Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusa qarşı vaksinasiya prosesindən danışıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ərdoğan inkişaf etmiş ölkələrin vaksin siyasətinə toxunub.

"Öz vətəndaşlarını vaksinlərlə təmin etmiş ölkələr yerdə qalan artıq vaksinləri ehtiyac sahibi olan digər ölkələrə verməlidirlər. Az inkişaf etmiş ölkələr vaksin əlçatanlığı sarıdan əziyyət çəkirlər", - deyə Ərdoğan söyləyib.