Martın 29-u 13:00 radələrində Cəlilabad rayonu, Hacı Cavad kənd sakini 1952-ci il təvəllüdlü Əmirov Sabir Xankişi oğluna odlu silahdan açılan atəşlə bədən xəsarətinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Unikal.org xəbər verir ki, bu barədə Cəlilabad rayon Prokurorluğu məlumat yayıb.

Məlum olub ki, 1968-ci il təvəllüdlü Məmmədov Rahib Adış oğlu həmkəndlisinə şəxsi münasibətlər zəminində ov tüfəngindən atəş açıb.