Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, qəza Mərdəkan yolunda qeydə alınıb. Belə ki,  90 BC 500 dövlət nömrə nişanlı "Mitsubishi" markalı minik avtomobiinin qadın sürücüsü idarəetməni itirərək motosikletlə toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Famil Fərhadoğlu