Türkiyənin ən uzunömürlü seriallarında biri olan "Arka Sokaklar"ın 54 və 55-ci bölümləri şikayət olunub.
Unikal.org xəbər verir ki, yayımlanan bölümdə polis əməkdaşları "Vəkil"i həbs etmək üçün mühasirəyə alır. "Vəkil" polisə tabe olmayınca əməkdaşlardan biri onu vurur.
Bundan sonra 70 vəkil toplaşaraq yayımlanan bu çirkin hərəkətə görə serialı Radio və Televiziya Ali Şurasına şikayət ediblər. Vəkillər, məsul şəxslərdən "Arka sokaklara" inzibati cəza kəsməsini istəyiblər.