Tanınmış aparıcı Rövşanə Ağasəfqızı uzun illərdir küsülü olan müğənni Xatun Əliyeva ilə barışmasından danışıb.
Unikal.org xəbər verir ki, aparıcı bu barədə “MTV kanalı”na müsahibəsində bəhs edib.
Rövşanə mərhum Xalq artisti İlhamə Quliyevaya görə dəydiyini söyləyib:
“Bizi Xatunla prodüseri Pənah barışdırdı. 16-17 il əvvəl başqa bir kanalda Xatun qonağım idi. Yaddaşımda təxmini qalıb, amma bilirəm ki, rəhmətlik İlhamə Quliyeva canlı efirə zəng etdi və onla bağlı nəsə danışdı. Canlı efir olduğu üçün onun sözünü kəsə bilmədim. Xatun da məndən incidiki niyə İlhamə xanımı efirə qoşmuşam.
Təbii ki, mən deyə bilərdim bağlantı etməsinlər. Amma İlhamə xanım böyük sənətkar olduğu üçün efirə qoşduq. Mən nə bilərdim ki, o, Xatun haqqında nəsə deyəcək. Buna görə də Xatun məndən incidi”.