Rusiyanın Surqut şəhərindəki hava limanında iki təyyarə uçuş zolağında toqquşub.

Unikal.org xəbər verir ki, hava limanından edilən açıqlamada qəzanın parklanma yerində baş verdiyi və içərisində sərnişin olmadığı ifadə edilib. Yerli mətbuat qəzada itki və xəsarət olmadığını və təyyarələrə maddi ziyan dəydiyini qeyd edib.