Nigeriyanın şimal-şərqində Boko-Haram terror təşkilatına qarşı əməliyyata qatılacaq hərbi təyyarə yoxa çıxıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Nigeriya Hava Qüvvələri İctimaiyyətlə Əlaqələr və İnformasiya direktoru Edvard Qabkvet hərbi təyyarənin Borno vilayətində itdiyini bildirib.
Onun sözlərinə görə, əlaqənin itməsinin səbəbi hələlik bəlli deyil: “Təyyarə ilə martın 31-də yerli vaxtla 17:08-də əlaqə kəsilib”.