Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov 7 apreldə Moskvada keçiriləcək Vladimir Putin və Nikol Paşinyan arasındakı görüşdən danışıb.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, Peskov əsas müzakirə mövzularının Qarabağla bağlı razılaşmaların icrası məsələləri, bölgədə kommunikasiyaların açılması ilə bağlı mövzular, əməkdaşlıq məsələləri və Ermənistanda keçiriləcək erkən parlament seçkiləri olacağını bildirib.

Sözçü bəyan edib ki, tərəflər arasında intensiv dialoq həmişə mövcud olub.