Türkiyə vaksinasiya səviyyəsinə görə dünyada 6-cı ölkə olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, dünyada pandemiya ilə mübarizə tədbirləri çərçivəsində bu vaxta qədər ümumilikdə 610 milyon doza vaksin istifadəsi gerçəkləşdirilib.

Vaksinasiya səviyyəsinə görə dünya ölkələri arasında liderlik 153 063 000 doza vaksinlə ABŞ-a məxsusdur. İkinci yerdə 119 082 000 doza vaksinlə Çin gəlir. 68 079 000 doza vaksinlə Hindistan isə üçüncü yerdə qərarlaşıb. Böyük Britaniya və Braziliya ilk beşliyi tamamlayır.

16 380 634 doza vaksinin tətbiq olunması ilə Türkiyə dünyada 6-cı ölkə olub.