Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putinin siyasi reytinqi açıqlanıb.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, Rusiya vətəndaşları arasında müvafiq sorğu keçirilib.

Sorğunun nəticələri elan olunub. Belə ki, respondentlərin 65.2 faizi Putinə etibar etdiklərini və prezident kimi ondan məmnun olduqlarını ifadə ediblər. Sorğuda iştirak edənlərin 30.3 faizi isə Rusiya prezidentinə güvənmədiklərini və ondan narazı olduqlarını söyləyiblər. 4.5 faiz iştirakçı isə suala cavab verməkdən yayınıb.