Başqırdıstanın Kumertau şəhərində qalmaqallı hadisə baş verib.

Unikal.org xəbər verir ki, ibtidai sinif müəlliməsi dərsə hazırlıqlı olmayan və dərsboyu nadinclik edən şagirdə 2 yazmaqla cəzalandırmaq istəyib.

Şagird gündəliyinin də evdə qaldığını deyəndə müəllim 2-ni uşağın alnına yazıb. Sinfin gülüş hədəfinə çevrilən şagirdin valideynləri hay-küy qaldırıb və müəllimdən şikayət ediblər.

2 gün sonra həmin müəllim məktəbdən çıxarılıb.