ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin may müqaviləsinin dəyəri 0,43% artaraq 1 barelə görə 62,42 dollar təşkil edib.

Unikal.org xəbərverir ki,  Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,63% artaraq 59,02 dollar təşkil edib.