Sosial şəbəkələrdə Xalq artisti Mənsum İbrahimovla Əməkdar artist Təyyar Bayramovun Rəmişin koronavirusa yoluxmasından sonra görüşdüyü bildirilir.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən M.İbrahimov fotonun paylaşıldığı gün çəkilmədiyini deyib:

"Biz bir ay öncə Xalq artisti Rafiq Hüseynovu (Rəmiş) müalicə aldığı xəstəxanada ziyarət etdik. Sadəcə həmin fotonu o zaman deyil, iki gün öncə paylaşdım. Bu da izləyicilərdə yəgin çaşğınlıq yaradıb. Rəmiş koronavirus olanda onun yanına heç kimi buraxmırdılar. O, zaman mən onunla necə görüşə bilərdim?Həmin foto mərhum koronavirusa yoluxandan sonra çəkilməyib".

Famil Fərhadoğlu