Xəbər verdiyimiz kimi, bu gün Siyəzən rayonunda kanaldan 18 yaşlı qızın meyiti tapılıb.
Unikal.org xəbər verir ki, gənc qızın intihar etdiyi məlum olub.
***09:00
Taxtakörpü-Ceyranbatan su kanalında gənc qız batıb.
Bu barədə Unikal.org Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Nazirliyin "112" qaynar telefon xəttinə su kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində 2003-cü il təvəllüdlü Xalıqova Aysel Aydın qızının batması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən A.Xalıqovanın meyiti kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.