Dini təşkilatlar siyasiləşir
11:23 31-01-2013
İQTİSADİYYAT
Dini təşkilatlar siyasiləşir
Onların həm hakimiyyətə, həm də cəmiyyətə bir aqressiyası var
Son bir il ərzində müşahidə olunan maraqlı proseslərdən biri də budur ki, dini icmalar, müəyyən dini təşkilatlar siyasətə ciddi həvəs göstərir və daha çox müxalifyönlü xətt tuturlar.
Bir neçə il öncə yalnız İslam partiyası belə bir mövqe sərgiləyirdisə, indi artıq onlarla müxtəlif təşkilatlar yaradılıb və demək olar ki, kifayət qədər radikal xətt tutublar. Ümumiyyətlə gəlin öncəliklə dinin siyasətə gəlişinə yaşıl bayraq yandırma hallarına diqqət yetirək. İlk dəfə 1992-ci ildə İslam partiyası yaradıldı və islamçıların hakimiyyətə gətirilməsi vacib sayıldı. Amma 1995-ci ildə konkret dəlillərlə sübut olundu ki, bu partiya İrana bağlıdır və bütün tapşırıqlar İrandan alınır. Bununla da yaranan təhlükə mənbəyi zərərsizləşdirildi.Bundan sonra aydın oldu ki, Səüdiyyə Ərəbistanına bağlı vəhabilər kifayət qədər saylarını artırıblar və bir sıra siyasi bəyanatlarla çıxış etdilər. Hətta onların sırasında açıq şəkildə terrora dəstək verən havariclərdə var. Buna görə vəhabilərə də nəzarət artırıldı və demək olar ki, eyni nəticə burda da əldə olundu. Bununla da demək olar ki, ölkədə islamçıların siyasətə marağının artdığı aydın oldu və buda müəyyənləşdi ki, bu güclərin böyük əksəriyyəti İranla bu və ya digər şəkildə bağlıdırlar. Maraqlıdır, bəs indi durum nə yerdədir? Gəlin öncəliklə məsələyə göstərilən rəsmi mövqeyə baxaq. Son vaxtlar Azərbaycanda dini icmaları siyasiləşdirmək cəhdləri var".
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov deyib.
Komitə sədri qeyd edib ki, son vaxtlar regionlarda baş verən insidentlərlə bağlı monitorinqlər aparılıb, dini icmaların özləri tərəfindən hansısa aksiyada iştirak halları müşahidə olunmayıb: "Amma müşahidə olunur ki, kimlərsə tərəfindən dini icmaları siyasi insidentlərə cəlb eləmək cəhdləri var, buna qarşı da müvafiq reaksiyalar olur.
Ümumiyyətlə, əksər dini icmalar onlara kənardan heç bir təsir olmadığı halda siyasi proseslərə qoşulmaq, hansısa aksiyalara getmək istəmirlər. Əks halda, bu, nəinki həmin dini icmaların məqsədləri əleyhinədir, ümumiyyətlə dövlətçilik üçün təhlükəli haldır.
Ona görə də biz bunu dini icmalarımızın sağlam və dövlətçilik ənənələrinə sadiqliyi kimi qəbul edirik".
"Son vaxtlar dini icmalar özləri də bilmədən inkişafın qarantı olan stabilliyin pozucularına çevrilir".
Bunu Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov deyib.
Komitə sədrinin sözlərinə görə, bu, əksər müsəlman ölkələrində də belədir: "Onlar sonradan başa düşürlər ki, inkişafa əngəl olurlar, lakin sonrakı peşmançılıq da heç bir fayda vermir".
E. İskəndərov qeyd edib ki, Azərbaycanda dövlət tərəfindən, Komitə tərəfindən hər sahədə olduğu kimi, bu sahədə də vətəndaş fəallığı üçün istənilən şərait yaradılıb: "Onlar bundan səmərəli istifadə etməlidirlər. Çünki vətəndaş fəallığı yuxarıdan əmrlə olmur. Stabilliyimizin, inkişafımızın, daxili asayişin qorunması vətəndaş fəallığından asılıdır. Odur ki, onlar da özləri üçün lazım olan bu elementləri qorumalıdırlar".
İndi isə keçək son duruma. Aydın olur ki, bu gün təşkilatlanmış konkret bir təşkilat yoxdur. Amma ciddi şəkildə hazırlıq görülmüş dərnək səviyyəli quruplar var və lazım olan anda onlar bir araya gələ bilir. Məsələn, hicab məsələsi ilə bağlı gözlənilmədən Bakıda ciddi mitinq keçirildi və ilk dəfə polisə də müqavimət oldu. Bu sübut etdi ki, dərnəklər şəkilində fəaliyyət göstərən bu təşkilatlar əslində bir mərkəzdən idarə olunur və qarşılarında konkret məqsədlər var. Və ya son aylar istər Qubada, istərsə də İsmayıllıda baş verən hadisələrə diqqət yetirək. Hər iki hadisə başqa məsələdən törənsədə hadisələrin gedişatında dindarlarında izi görünməyə başladı. Çox qəribə başqa bir detal isə budur ki, dindarların siyasətə gəlişində bir aqressiyada var. Bu aqressiya isə tək mövcud hakimiyyətə qarşı yox, həm də cəmiyyətə qarşıdır. Məhz buna görə də dindarlar hakimiyyətdən uzaqda durmağa çalışdıqları kimi, müxalifət düşərgəsindən də uzaqda olmağa çalışırlar. Bu isə həm də ona görə təhlükəlidir ki, bu qüvvələr istənilən an nəzarətsiz qüvvəyə çevrilə bilər.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07