"Rusiya Azərbaycanla Ermənistan arasında davamlı sülhün və mehriban qonşuluq münasibətlərinin formalaşmasına istiqamətlənmiş təşəbbüslərə yardım göstərməyə hazırdır".
Unikal.org TASS-a istinadla xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı səsləndirib.
O bildirib ki, Cənubi Qafqazın sabitliyi və davamlı iqtisadi inkişafı Rusiyanın bu bölgədəki bütün tərəfdaşlarının maraqlarına cavab verir.
“Bakı ilə İrəvan arasında davamlı sülhün və mehriban qonşuluq münasibətlərinin formalaşmasına istiqamətlənmiş təşəbbüsləri alqışlayırıq. Əlbəttə ki, Azərbaycan və Ermənistan qarşılıqlı etimadın lazımi səviyyədə qurulması, ikitərəfli münasibətlərin normallaşdırılması üçün çətin bir yolun başlanğıcındadırlar. İnanırıq ki, praktiki işlərdə tərəflər ayırıcı xətlərə deyil, münasibətlərin normallaşmasına və etimad atmosferinin yaradılmasına səy göstərəcəklər”, - deyə M.Zaxarova bildirib.