"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir".
Unikal.org xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
Məlumatda qeyd olunub ki, Xocalı rayonunun dağlıq ərazisində yerləşən Sərdarkənd kəndində Humanitar Yardım Mərkəzinin əməkdaşları tərəfindən sakinlərə, qaçqınlara və məcburi köçkünlərə ixtisaslı tibbi yardım göstərmək üçün sahə məntəqəsi yerləşdirilib.
“Bu gün dağ kəndinin sakinlərinə humanitar və tibbi reyd formatında yardım edirik. Bu qeyri-adi missiyadır- tibb işçilərini buraya gətirmişik”,-deyə Rusiya sülhməramlı kontingent komandirinin köməkçisi general-mayor Sergey Jmurin bildirib.
Onun sözlərinə görə tibbi heyət terapevt, cərrah və oftalmoloqdan ibarətdir. "Ən əsası budur ki, səhra stomatoloji bölməsini gətirmişik və müraciət edənlərin hamısına lazımi kömək göstərməyə çalışacağıq",-deyə Jmurin əlavə edib.
Bundan əlavə, Humanitar Müdaxilə Mərkəzinin hərbi qulluqçuları Rusiya ictimai və xeyriyyə təşkilatları tərəfindən Dağlıq Qarabağa göndərilən 1500 kiloqrama yaxın humanitar yardımın ehtiyacı olanlara çatdırılmasını təşkil etdiklərini deyiblər.