Avstriyanın kansleri Sebastyan Kurs ABŞ prezidenti Cozef Baydenlə Rusiya prezidenti Vladimir Putinə ölkəsinin paytaxtı Vyanada görüşməyi təklif edib.
Unikal.org xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.
“Baydenlə Putin Vyanda görüşərsə, bizə böyük şərəf vermiş olarlar”, - Sebastyan Kurs bildirib.
Onun sözlərinə görə, Avstriya hər iki tərəflə bu istiqamətdə təmasdadır.