Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Ermənistan prezidenti Armen Sarkisyanın Tbilisiyə səfəri zamanı yol verdiyi təxribata münasibət bildirib.
Unikal.org xəbər verir ki, bu barədə türkiyəli diplomat “Twitter” hesabında paylaşım edib. O, Sarkisyana cavab olaraq Ağrı dağının Türkiyədə ən hündür dağ olduğunu yazıb.
“Əmin edirəm ki, faktlar karikaturistik diplomatiyada itmir”, - deyə səfir vurğulayıb.
Qeyd edək ki, A.Sarkisyan Gürcüstanda prezident sarayının fəxri qonaqlar kitabına ürək sözlərini yazdıqdan sonra Türkiyə ərazisində yerləşən Ağrı dağının rəsmini çəkib. O, bununla Türkiyəyə qarşı ölkəsinin ərazi iddialarını nümayiş etdirib.