Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qahirədə baş verən qatar qəzasında çoxsaylı insan ölümünə görə misirli həmkarına başsağlığı verib.

Unikal.org xəbər verir ki, nazir başsağlığı mətnini tvitter səhifəsində paylaşıb:

“Qahirənin şimalında bir çox insanın həlak olması və yaralanması ilə nəticələnən qatar qəzası ilə bağlı xəbərlər bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə başsağlığımızı çatdırır, yaralılara isə tezliklə sağalmalarını arzu edirik”, - nazir vurğulayıb.