Qazax rayonunda arı yerli sakinin ölümünə səbəb olub.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Cəfərli kəndində, "Bayram bulağı" deyilən ərazidə baş verib.

Belə ki, arının sancmasından sonra halı pisləşən Qazax rayon sakini, 1965-ci il təvəllüdlü Tahir Qocayev xəstəxanaya aparılıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, T.Qocayev həmin ərazidə arıcılıqla məşğul olub.

Faktla bağlı araşdırma aparılır.