Yevlax şəhərində iki piyadanın vurulması nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, "VAZ-21015" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən iki məktəblini vurub.

Ağır xəsarətlər alan məktəblilər xəstəxanaya yerləşdiriliblər.

Lakin onlardan biri, Yevlax rayon sakini, 2009-cu il təvəllüdlü Şahverdili Zəhra Elbrus qızının hayatını xilas etmək mümkün olmayıb. Digər məktəblinin müalicəsi davam etdirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.