Saatlıda ağır qəza baş verib.

Unikal.org xəbər verir ki, hadisə rayonun Dədə Qorqud kəndində qeydə alınıb.

VAZ 2107 markalı avtomobil yolda hərəkətdə olan traktorla toqquşub. Nəticədə minik avtomobilində olan 4 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan və Saatlı xəstəxanalarına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(apa.az)