Bakının Suraxanı rayonunda güclü yanğın başlayıb.

Unikal.org-un məlumatına görə, yanğın, rayonun Əmircan qəsəbəsinin Səttar Bəhlulzadə küçəsində yerləşən binalardan birində qeydə alınıb. Yanğın nəticəsində bina tamamilə yararsız hala düşüb. Binanın Suraxanı rayon Mühafizə İdarəsinin köhnə binası olduğu deyilir.

Hadisə yerinə çox sayda yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb olunub.