Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub.

Unikal.org  FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 6 m² olan konteynerin içərisində məişət tullantıları yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.