Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1956-cı il təvəllüdlü Ələsgərova Səadət Əlihüseyn qızı müxtəlif xəsarətlər alıb. Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.