Bakıda fəhlə faciəvi şəkildə ölüb.

Unikal.org xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Neftçi Qurban küçəsində tikilməkdə olan çoxmərtəbəli binada baş verib.

Yuxarı mərtəbəyə kran aşıb. Nəticədə kranda olan iki fəhlədən biri hadisə yerində ölüb, digəri isə ağır yaralanıb.

Faktla bağlı Səbail rayon Prokurorluğunda araşdırma aparılır.