Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində qadının gəlinini döyməsi faktı ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.

Dövlət komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Unikal.org-a bildirilib ki, videogörüntülərdə qadının fiziki zorakılığa məruz qalması faktı ilə bağlı yerli icra hakimiyyəti nəzdində fəaliyyət göstərən Gender zorakılığına qarşı mübarizə komissiyası və hüquq-mühafizə orqanları ilə birlikdə araşdırmalara başlanılıb.

O vurğulayıb ki, artıq ailə nəzarətə götürülüb:

“Müvafiq olaraq, yerli icra hakimiyyəti nəzdində Gender zorakılığına qarşı mübarizə komissiyası vasitəsilə həmin ailəyə ziyarət təşkil edilir. Daxili İşlər Nazirliyi tərəfindən onlardan izahat alınacaq. Xəsarətlərin qiymətləndirilməsi aparılacaq və komissiya tərəfindən yekun qərar veriləcək”.

***

12:08

Sosial şəbəkələrdə qayınanasının hamilə gəlinini döyməsi ilə bağlı görüntülər yayılıb.

Unikal.org-un məlumatına görə, hadisə Lənkəranın Yuxarı Nüvədi kəndində baş verib. Bildirilib ki, hər gün gəlin qaynanası tərəfindən şiddətə məruz qalır. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, məsələ ilə bağlı Lənkəran Şəhər Polis şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əlavə məlumat veriləcək.

Murad İbrahimli