Koronavirusa yoluxan Mədəniyyət naziri Anar Kərimov sağalıb.

Unikal.org xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə məlumat verib.

O bildirib ki, nazir yenidən COVID-19 testi verib və nəticəsi neqativ çıxıb:

“Anar Kərimovun səhhəti ilə bağlı hər şey qaydasındadır. Karantin müddəti bu həftənin sonu bitir. Gələn həftədən nazirin işə çıxması nəzərdə tutulur”.

Xatırladaq ki, aprelin 16-da Anar Kərimovun koronavirus testinin nəticəsi pozitiv olmuşdu.