Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına dəyişiklik edilib.
Unikal.org xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi əlavə edilib.