"Bizim əlaqələrimiz haqqında saatlarla danışmaq olar, siz bütün bunları yaxşı bilirsiniz. Əlaqələrimizin təməlində xalqlarımızın qardaşlığı və liderlərin siyasi iradəsi dayanır. Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da bütün məsələlərdə bir-birini dəstəkləyəcək, bütün məsələlərdə bir-birinin yanında olacaq və öz əməli işləri, addımları ilə yaşadığımız bölgədə sülhün bərqərar olmasında səylərini davam etdirəcəklər".
Unikal.org xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçının etimadnaməsini qəbul edərkən deyib.
"Mən əminəm ki, siz fəaliyyətiniz müddətində bu əlaqələrin daha da inkişaf etməsi üçün öz səylərinizi göstərəcəksiniz. Sizə uğurlar arzulayıram və “Azərbaycana – Vətəninizə xoş gəlmisiniz!” deyirəm", - Prezident bildirib.