Hindistanın paytaxtı Yeni Delhi yaxınlığındakı Uttar Pradeş şəhərində maraqlı hadisə yaşanıb.
Unikal.org xəbər verir ki, həftənin şənbə günü baş tutacaq toydan əvvəl gəlin bəyi sınağa çəkib. O, gələcək həyat yoldaşının təhsil almamasından şübhələndiyi üçün ona vurma cədvəlindən sual verib. Cavab verə bilməyən bəyə, gəlin "Riyaziyyatın təməlini bilməyən biri ilə evlənməyəcəm" deyib.
Ailə üzvləri qızın fikrindən döndərməyə çalışsa da, o, geri addım atmayıb. Cütlüyün toyu təxirə düşüb.