Rejissor Alfred Hiçkokun "Diversant" filmində əsas cani rolunu oynamış Amerika rejissoru, prodüser və aktyor Norman Lloyd 106 yaşında vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə “Variety” nəşri bildirib.
Nəşrin məlumatına görə, Lloyd çərşənbə axşamı Los-Ancelesdəki evində ölüb.
Aktyor 1942-ci ildə Hiçkokun filmində Frayya rolunu oynayaraq şöhrət qazanıb, ona həmçinin Çarli Çaplinin "Rampanın işıqları" bədii filmində rol tapşırılıb, ancaq indiki şöhrət ona 60 yaşından sonra gəlib. Norman Lloyd 1980-ci illərdə NBC telekanalının "Sent-Elsver" tibb dramında müdrik həkim rolunu yerinə yetirib. Lloydun karyerası 80 ildən çox davam edib.
“Oldest.org” saytının versiyasına görə, Lloyd dünyanın ən qoca aktyoru olub.