Gürcüstanda ötən sutkada daha 776 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 1 329 nəfər müalicə olunaraq sağalıb.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 326 441 nəfərdə aşkarlanıb, onların 306 264-ü sağalıb.
Son 24 saat ərzində xəstəlikdən 16, ümumilikdə isə 4 379 nəfər vəfat edib.