Ermənistan Silahlı Qüvvələrinin müddətli hərbi qulluqçusu Roman Qrişaeviç Baqdasaryanın (2002-ci il təvəllüdlü) cəsədi tapılıb.
Unikal.org xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Baqdasaryanın ölümü faktı ilə bağlı onun əsgər yoldaşı həbs olunub.
Bağdasaryanın meyitinin 14 may saat 07:00-da asılmış vəziyyətdə tapıldığı qeyd olunur. Faktla bağlı araşdırma aparılır.
O, 2020-ci ildə Ararat hərbi qeydiyyat komissiyasından orduya çağırılıb.