ABŞ-da respublikaçı senator Ted Kruz Qəzzada yaşanan gərginlik fonunda İsraili ziyarət etmək niyyətində olduğunu açıqlayıb.
Unikal.org xəbər verir ki, bu barədə senator özünün tvitter hesabında yazıb.
Senator bildirib ki, İsrailin milli təhlükəsizliyi Amerikanın milli təhlükəsizliyi ilə sıx bağlıdır:
“Yaxın günlərdə İsrailin milli təhlükəsizliyini qorumaq üçün nəyə ehtiyac olduqlarını qiymətləndirmək üçün bu ökəyə gedəcəyəm”.
Qeyd edək ki, İsrail ilə Fələstin arasında 10 maydan yaşanan gərginlik səngimək bilmir. Hətta Misir nümayəndə heyətinin İsrail və Fələstin arasında vasitəçilik missiyası da nəticə verməyib.