Almaniyanın paytaxtı Berlində keçirilən etiraz aksiyasında baş verən qarışıqlıqlar zamanı 90-dan çox polis əməkdaşı xəsarət alıb.

Unikal.org xarici KİV-ə  istinadən xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.

Mayın 15-də Berlində Fələstinə 4 dəstək aksiyası keçirilib. Nümayişlərdən birində vəziyyət gərginləşib – aksiyaçılar polis əməkdaşlarına daş, butulkalar və pirotexniki vasitələr atıblar. Polis bunun qarşısını almaq üçün xüsusi vasitələrdən istifadə edib.

Qeyd edək ki, aksiya zamanı 59 nəfər saxlanılıb.