Azərbaycan Medianın İnkişafı Agentliyinin (MEDİA) rəhbərliyi və kollektivi tanınmış jurnalist Araz Zeynalovun ailə üzvləri ilə görüşüb, onun səhhəti ilə maraqlanıb.

Bu barədə Unikal.org-a MEDİA-dan bildirilib.

Qeyd edək ki, Araz Zeynalovun səhhətində ciddi problem yaranıb. Jurnalist kardioloji xəstəlikdən əziyyət çəkir.