20.08.2025-ci il tarixində saat 00:40 radələrində 4 nəfər (2 qadın, 2 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Unikal" xəbər verir ki, müxtəlif növ yüngül bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

*** 00:30

Gəncədə yol qəzası olub.

"Unikal"ın məlumatına görə, şəhərin Köhnə Avtovazğal adlanan ərazisində qeydə alınıb. Hərəkətdə olan "Hyundai" markalı minik maşını digər avtomobillə toqquşub. Qəzadan sonra "Hyundai" idarəetmədən çıxaraq yol kənarındakı aptekə çırpılıb. Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya aparılıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Fakt bağlı araşdırma aparılır.

Tural Əhmədov