Bakı Beynəlxalq Avtovağzalına yeni rəhbər təyin edilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyevin əmri ilə, bu vəzifəyə Camal Sadıxov təyin edilib.

Qeyd edək ki, o, bu təyinatadək Azərpoçt-un Sumqayıt Poçt Filialının müdiri vəzifəsində çalışıb.

Murad İbrahimli