BƏƏ paytaxt şəhəri Əbu-Dabi yeni növ koronavirus infeksiyası ilə bağlı hazırladığı “yaşıl siyahı”nı yeniləyib.

Unikal.org  xəbər verir ki, 25 aprel tarixindən qüvvədə olan siyahıya Azərbaycan, Almaniya, Qırğızıstan, Moldova, İspaniya və Amerika Birləşmiş Ştatları da daxil edilib.

Bu ölkələrdən Əbu-Dabi əmirliyinə gələn şəxslər məcburi karantin tədbirlərindən azad ediləcək və onlardan yalnız hava limanına çatdıqdan sonra “PCR” testi vermələri tələb olunacaq.

Qeyd edək ki, Əbu-Dabi hazırda “yaşıl siyahı”da olmayan ölkələrdən gələn səyahətçilərin 10 gün karantində qalmasını tələb edir.