Ötən il dövlət büdcəsindən işğaldan azad edilmiş, habelə əvvəllər hərbi poliqon kimi istifadə olunmuş ərazilərin partlamamış hərbi sursat və minalardan təmizlənməsi işlərinin yerinə yetirilməsi üçün 7 milyon manat vəsait sərf edilib.

Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilib.

Xatırladaq ki, sənəd yaxın günlərdə Milli Məclisin plenar iclasında I oxunuşda müzakirəyə çıxarılacaq.